Gəncə şəhərində dərmandan zəhərlənmə hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü H. Məmmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Gənc oğlanın hansı səbəbdən dərmandan zəhərləndiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az