Gəncə-Şəmkir yolunda avtomobil aşıb

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunda baş verib. Hərəkətdə olan “Hyundai” markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücü F.Abuşov yüngül xəsarət alıb, avtomobil yarasız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir