“Dünyada peyvəndlə bağlı milyonlarca insan üzərində tədqiqat aparılır. Birmənalı gəlinən nəticə odur ki, peyvənd qoruyur. Çünki bu gün tək bizdə yox, bütün dünyada süni tənəffüs aparatına qoşulanların, reanimasiyada olanların 90 faizdən çoxu peyvəndsiz olanlardır. Ya da bir şəkildə saxta vurduranlardır”.
Azinformasiya.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov nazirliyin canlı yayımında suallara cavab verərkən deyib.
Baş pediatr uşaqların peyvəndlənməsi ilə bağlı məsələdən də danışıb: “Bilirsiniz ki, bizim ölkəmizdə uşaqlara koronavirusla bağlı peyvənd vurulmur. Onları ətrafdakı insanlardan qorumaq ən yaxşı yoldur. Uşaqların valideynləri, ətrafındakı şəxslər peyvəndli olarsa, onlara bir şey olmaz. Ona görə ən yaxşı yol peyvənd olunmaqdır”.