“Bu il ölkədə 2 milyon ağac əkilib. Bunlardan 1 milyonu “Yaşıl marafon” çərçivəsində həyata keçirilib. Növbəti ildə də 3 milyon ağacın əkilməsi planlaşdırılır”.
Azinformasiya.Az xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, meşə ərazilərində 870 ha sahədə 8000-dən çox tinglər əkilib: “Həmin ərazilərə 23 tondan toxum səpilib”.