Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gədəbəydə yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Mersedec” ilə “VAZ 2107” markalı minik maşınları toqquşub. Qəzaya səbəb isə yolun buz bağlaması olub.

Qəza zamanı 1957-ci il təvəllüdlü Q.Zayısev və 1993-cü il təvəllüdlü N.Ələsov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir