Gədəbəydə evdə partlayış baş verib, 1 nəfər xəsarət alıb

Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Samanlıq kəndində baş verib.

1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir