“İnşallah Füzulidən İstanbula gediş-gəliş olacaq”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının iclası zamanı deyib.
“Dünən Azərbaycandaydıq. Yeni hava limanının açılışını etdik. İnşallah Füzulidən İstanbula gediş-gəliş olacaq. Bu yolların tikintisi ilə bağlı işlər davam etdirilir”, – deyə Ərdoğan bildirib.
Bununla yanaşı, Türkiyə Prezidenti dəmir və magistral yolların inşa edildiyini də vurğulayıb: “İnşallah Azərbaycan çox qısa müddət ərzində barmaqla göstəriləcək ölkələr arasında yer alacaq. Ermənilərin döşədiyi minalar təmizlənir. Həmin ərazilər kənd təsərrüfatı sahələrinə çevrilir”.