Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb

Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Qarabağ kəndi ərazisində baş verib.

Məlumata əsasən, avtomobili işlək vəziyyətdə saxlayaraq yatan şəxslər – 1977-ci il təvəllüdlü Bayram Hətəmov və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Vüsal Hətəmli dəm qazından boğulublar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir