Fransada növbədənkənar parlament seçkiləri keçirilir

Bu gün Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərin birinci turu keçirilir.

 

Azinformasiya.az  CNN Türk-ə istinadən xəbər verir ki, təxminən 68 milyon 400 min əhalisi olan ölkədə 49,5 milyon fransız seçici 5 il müddətinə onları Milli Məclisdə təmsil edəcək 577 deputatı seçmək üçün səsverməyə gedir.

Səsvermə Fransada yerli vaxtla saat 08.00-da başlayacaq və saat 18.00-da başa çatacaq. Paris kimi böyük şəhərlərdə səsvermə saat 20:00-a qədər davam edəcək.

4 min 9 deputatlığa namizədin mübarizə apardığı seçkinin birinci turunda 12,5 faiz və daha çox səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştirak edə biləcək. Parlamentdə mütləq çoxluğu əldə etmək üçün partiyalar və ya ittifaqlar 289 deputata çatmalıdır.

Tədqiqat şirkətləri seçkilərin təxmini nəticələrini səsvermə bitdikdən sonra verməyə başlasa da, rəsmi nəticələrin daha sonra açıqlanması gözlənilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir