Fransada naməlum şəxslər toyda atəş açıb, ölən və yaralılar var

Fransada naməlum şəxslər toy zamanı atəş açıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Republicain Lorrain məlumat yayıb.

Nəşrin məlumatına əsasən, hadisə iyunun 30-na keçən gecə Mozel departamentinin Tionvil şəhərində baş verib. Əllərində silah olan bir qrup naməlum şəxs 100-ə yaxın insanın toy qeyd etdiyi banket zalına yaxınlaşaraq atışmağa başlayıb. Hadisə nəticəsində 4 nəfər ağır güllə yarası alıb. Hamilə qadın da yüngül xəsarətlə şok vəziyyətində xəstəxanaya yerləşdirilib. Xəsarət alan qonaqlardan birini xilas etmək mümkün olmayıb.

Silahlı basqınçılar qaçıblar. Onların kimliyi və motivləri barədə məlumat verilməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarları axtarır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir