Fransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edildiyini, həyat yoldaşı və uşağının yaralandığını bildirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə meriyanın rəhbəri “Twitter” səhifəsində yazıb.
Merin sözlərinə əsasən, hələ şəxsiyyəti naməlum olan şəxslər avtomobili merin evinə çırpıblar:
“Sonra arvadım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Bir övladım və həyat yoldaşım yaralanıb”.
Vinsent Janbryun, həmçinin qeyd edib ki, hadisə zamanı o, özü də meriyanın binasında olub.
Azinformasiya.az