Fransada iğtişaşlarda saxlanılanların sayı 667 nəfərə yüksəlib

Fransada iğtişaşlar zamanı həbs olunanların sayı çoxalıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin “Twitter” hesabında bildirib.

“Ötən gecə polisimiz, jandarmımız və yanğınsöndürənlərimiz görünməmiş zorakılıqla qarşılaşıblar. Mənim qəti göstərişimə uyğun olaraq 667 nəfər həbs edilib”, – Fransa XİN rəhbəri bildirib.

Qeyd edək ki, iyunun 27-də Nanterre şəhərində polis əməkdaşları onların tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı yeniyetməni güllələyiblər. Bundan sonra Fransanın müxtəlif şəhərlərində etirazlar başlayıb və zorakı xarakter daşıyıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir