Fransa XİN vətəndaşlarının Sudandan təxliyəsinin başlandığını təsdiqləyib

Fransa vətəndaşlarının Sudandan çıxarılması üçün əməliyyata başlayıb.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda bazar günü “Frans Press“ agentliyi respublikanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Fransa vətəndaşları və diplomatik personalın” Sudandan çıxarılması planlaşdırılır.

Agentliyin məlumatına əsasən, Aİ vətəndaşları “və müttəfiq dövlətlərdən olan insanlar” da təxliyə ediləcək, lakin söhbətin hansı ölkələrdən getdiyi ilə bağlı açıqlama verilmir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir