Fransa XİN başçısı: Ermənistanla Azərbaycan Praqada əldə edilmiş razılaşmanı möhkəmləndirməlidir

Keçən ilin oktyabrında Praqada Ermənistan və Azərbaycan çox mühüm addım ataraq, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyan 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə sadiq qalmalarını təsdiq etdilər. Bunun üçün Fransa Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti səy göstərdilər.

 

Azinformasiya.az xəbər verir ki, bunu Fransanın XİN rəhbəri Ketrin Kolonna İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransı zamanı söyləyib.

“Hesab edirik ki, əldə olunan bu müvəffəqiyyəti möhkəmləndirməli və prosesi davam etdirməliyik”, – Kolonna bildirib.

Fransalı nazir qeyd edib ki, sərhədin delimitasiyası üzrə aparılan işlər Ermənistan və Azərbaycan arasında Praqada əldə olunmuş razılaşmaları möhkəmləndirməyə imkan verəcək.

Onun sözlərinə əsasən, hər kəs qəbul edir ki, sülhə müvəffəq olmaq mürəkkəb və bəzən çox uzun bir prosesdir, lakin bu, uzunmüddətli və sabit sülhə nail olmağa, hər iki ölkə xalqları üçün geniş perspektivlər açmağa imkan verəcək yeganə üsuldur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir