Fransa və Moldova prezidentləri arasında telefon danışığı olub

Fransa Prezidenti Emmanuel Makron və Moldova Prezidenti Maya Sandu arasında telefon danışığı olub.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Fransa Prezidenti “Twitter” hesabında paylaşım edib.

“Moldova Prezidenti Maya Sandu ilə telefon danışığı zamanı mən Fransanın Moldovaya dəstəyini, bu ölkənin Avropaya inteqrasiyasında onun yanında olmaqla əlaqədar, Moldovada sabitliyi pozmaq cəhdlərinə qarşı və Ukraynadakı müharibənin bu ölkədəki nəticələrinin aradan qaldırılması ilə bağlı sədaqətimizi ifadə etdim”, – Makron qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir