Ermənistan və Fransanın xarici işlər nazirləri Ararat Mirzoyanla Jan-iv lö Drian arasında telefon danışığı olub.
Azinformasiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, nazirlər söhbət zamanı Qarabağ məsələsini də müzakirə ediblər.
Məlumata əsasən, hər iki nazir, həmçinin Fransa və Ermənistan arasında iqtisadi əlaqələr barədə də fikir mübadiləsi aparıblar.