Fransa səfiri: İranla fikir ayrılığımız var, lakin Ermənistanla bağlı eyni mövqedəyik

İranla bir çox məsələdə fikir ayrılığımız var, lakin Ermənistanla bağlı eyni mövqedəyik.

 

Azinformasiya.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivier Decottignies “Armenpress”ə müsahibəsində deyib.

Səfir Fransanın Rusiyanın Cənubi Qafqazda rolunu zəiflətmək cəhdləri ilə bağlı sualı cavablandırarkən bildirib ki, Fransa bu məsələyə təsir dairələri baxımından deyil, hər bir dövlətin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq hüququ baxımından yanaşır: “Son bir neçə ildə Ermənistanın qonşu dövləti İran da dəfələrlə Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını bildirib. İranla bir çox məsələlərdə fikir ayrılığımız var, ancaq bu, razılaşdığımız bir məsələdir”, – Fransa səfiri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir