“Mayın 28-də Füzuli rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basaraq yaralanması xəbəri təəssüflə qarşılayıram. Ona tam sağalmağı diləyirəm”.
Azinformasiya.Az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviterdə yazıb.
“Fransa səfirliyi minatəmizləyənlər üçün detektorlar və alət dəstləri ilə Azərbaycanda minaların təmizlənməsini dəstəkləyir”, – səfir qeyd edib.
Qeyd edək ki, mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayev minaya düşməsi nəticəsində çoxsaylı qəlpə yarası alıb.