Fransa Gürcüstana Aİ-yə daxil olmaq üçün zəruri olan islahatları həyata keçirməyə yardım edəcək.
Azinformasiya.az xəbər verir ki, bunu Fransanın XİN rəhbəri Katerina Kolonna İsveçdə keçiriləcək Aİ xarici işlər nazirləri iclasından öncə söyləyib. Nazir qeyd edib ki, Gürcüstanın gələcəyi Avropa ilədir.
“Biz həqiqətən də Gürcüstana mümkün qədər çox yardım etməyə hazırıq və Gürcüstan özü də özünə mümkün qədər yardım etməlidir”.
Katerina Kolonna vurğulayıb ki, Fransa Gürcüstana islahatların həyata keçirilməsi üçün texniki dəstək verilməsinə yardım edəcək.
Azinformasiya.az