Fitso: Slovakiya fevralın 23-də Ukraynaya elektrik enerjisi tədarükünü dayandıracaq

Əgər Kiyev ölkəyə neft tədarükünü bərpa etməsə fevralın 23-də Ukraynaya elektrik enerjisi tədarükü dayandırılacaq.

 

Azinformasiya.az  xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanlanan bu xəbərdarlığı özünün “Facebook” səhifəsində paylaşıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Fitso Ukraynaya dizel yanacağı ixracının dayandırılması barədə göstəriş verib. Buna “Drujba” kəməri ilə Rusiya neftinin ölkəyə nəqlinin dayandırılması səbəb kimi göstərilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir