Finlandiyada parlament seçkiləri keçirilir

Bu gün Finlandiyada parlament seçkiləri keçirilir.

 

Azinformasiya.az xəbər verir ki, parlament seçkilərində 3 əsas siyasi qüvvə – Petteri Orponun rəhbərlik etdiyi Milli Koalisiya Partiyası, Riika Purranın sədri olduğu Əsl Finlər Partiyası və hazırkı Baş naziri Sanna Marinin rəhbərlik etdiyi Sosial-Demokrat Partiyası mübarizə aparır.

Qeyd edək ki, ötən ilin avqustunda 37 yaşlı Sanna Marinin dostları ilə gecə klubunda əylənməsi və həmin vaxt narkotikdən istifadəsinə şübhə yaranması ilə yadda qalıb. Narkotik testi mənfi nəticə göstərib. Qalmaqala baxmayaraq, 5 partiyadan ibarət sol-mərkəz koalisiyaya rəhbərlik edən Sanna Marinin Covid-19 və Finlandiyanın NATO-ya üzvlüyü sahəsində əldə edilən uğurlara görə reytinqi yüksək olaraq qalır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir