Finlandiya Ukrayna üçün 94 milyon avroluq hərbi yardım paketini təsdiqləyib

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib.

 

Azinformasiya.az Finlandiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi yardımla bağlı ölkə rəhbəri hökumət kabinetinin təklifini bu gün təsdiq edib.

“Finlandiya və müttəfiqlərimizin Ukraynaya dəstəyi dəyişməz olaraq qalır. Avropada və Finlandiyada gələcək təhlükəsizlik nizamı baxımından əsas məsələ Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaqdır”, – müdafiə naziri Antti Hakkänen bildirib.

Qeyd edək ki, bu, Finlandiyanın Ukraynaya göndərilən 18-ci hərbi yardım paketi olacaq. Müdafiə Nazirliyi diqqətə çatdırıb ki, göndəriləcək hərbi yardımın dəyəri 94 milyon avrodur. İndiyə kimi Finlandiya Ukraynaya 1,3 milyard avro dəyərində yardım edib.

Nazirlik tərəfindən bildirilib ki, yardımın təyinat yerinə təhlükəsiz şəkildə çatmasını təmin etmək üçün paketin məzmunu, çatdırılma üsulu və ya cədvəl haqqında əlavə məlumat verilməyəcək.

Finlandiyanın əlavə yardımı barədə qərar qəbul edilərkən həm Ukraynanın ehtiyacları, həm də Müdafiə Qüvvələrinin resurslarının nəzərə alındığı qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir