Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq

Finlandiya NATO XİN rəhbərlərinin sabah keçiriləcək görüşü zamanı rəsmi olaraq Alyansa üzv olacaq.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən brifinq zamanı söyləyib.

Stoltenberq sabah NATO ölkələrinin XİN rəhbərlərinin alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək görüşündə Finlandiyanın 31-ci üzv ölkə olaraq NATO-ya qatılacağını və bayrağının NATO qərargahının önündə qaldırılacağını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir