Finlandiya Prezidenti sabah Türkiyəyə səfər edəcək

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö martın 16-da Türkiyəyə səfər edəcək.

Azinformasiya.az xəbər verir ki, bu haqda Türkiyə Prezident administrasiyası məlumat yayıb.

“Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 16-17 mart 2023-cü il tarixlərində ölkəmizdə işgüzar səfərdə olacaq”, – deyə bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir