Fələstin XİN başda ABŞ olmaqla, hələ Fələstin Dövlətini tanımayan ölkələrə çağırış edib

Fələstin Xarici İşlər Nazirliyi Böyük Britaniya, Avstraliya və Kanadanın Fələstin Dövlətini rəsmi olaraq tanımasından məmnunluğunu bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, nazirlik yaydığı bəyanatda başda ABŞ olmaqla, hələ Fələstin Dövlətini tanımayan ölkələrə tanıma prosesinə başlamaq çağırışı edib.

Kanada, Avstraliya və Böyük Britaniyanın Fələstin Dövlətini tanıdıqlarını elan etməsindən sonra Nazirlik yazılı açıqlama yayıb.

Açıqlamada, Fələstin Dövlətinin tanınmasının məmnuniyyətlə qarşılandığı, Böyük Britaniya, Kanada və Avstraliyaya təşəkkür edildiyi bildirilib.

Fələstin Dövlətinin tanınmasının beynəlxalq hüquq və qanunilik qərarlarına uyğun, cəsarətli addım olduğu qeyd edilib.

Nazirliyin açıqlamasında əlavə olaraq, “Başda ABŞ olmaqla, hələ Fələstin Dövlətini tanımamış ölkələrə bu tanıma prosesinə başlamaq” çağırışı edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir