“Euronews”: AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb

AZAL-ın zərər görmüş təyyarəsinin pilotları məcburi eniş üçün sorğu göndərsələr də Rusiya hava limanlarında təyyarəyə eniş icazəsi verilməyib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Euronews”a Azərbaycanın hökumət mənbələrindən bildirilib.

Qeyd edilib ki, ekipaja Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaları əmr olunub.

Məlumata görə, təyyarənin GPS naviqasiyası dəniz üzərindəki bütün marşrut boyunca bloklanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir