Gələn həftə, martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azerkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodu planlı təmir işləri üçün dayanmadan sonra öz işini bərpa edəcək.
Azinformasiya.Az-ın xəbərinə görə, bu barədə zavodun direktoru Oqtay Niftəliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, zavod oz fəaliyyətini planlı şəkildə bu ilin aprelin 4-də Heydər Əliyev adına Neft Emalı Zavodu (xammal tədarükçü müəssisə – red.) ilə birlikdə dayandırıb.
O.Niftəliyev onu da əlavə etdi ki, bu dayanmadan öncə zavod 1,5 il dayanmadan çalışıb.
O qeyt etdi ki, NEZ öz fəaliyyətini bərpa etmədiyi halda da, zavodun kifayət qədər xammal ehtiyatı var ki, öz işini gələn həftənin birinci günü bərpa etsin.
Qeyd edək ki, “Etilen-polietilen” zavodunda 2016-cı ildən, genişmiqyaslı yenidənqurma və modernizasiya işləri həyata keçirilir. Layihə nəticəsində “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmi iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artacaqdır.