Estoniya Baş naziri: Ukraynanın qalib gəlməsi və Rusiyanın uduzması üçün hər şeyi etməliyik

Qərb liderləri Ukraynaya quru qoşunlarının göndərilməsini istisna etməməlidir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Estoniya Baş naziri “Politico’s Power Play” podkastına müsahibəsində deyib.

Kallasın sözlərinə əsasən, Rusiyanı məğlub etməkdə Ukraynaya yardım üçün hər şey masadadır.

Baş nazir Kallas, həmçinin qeyd edib ki, Ukraynaya kömək etmək üçün daha nələr edilə biləcəyini, bütün imkanları liderlər bağlı qapılar arxasında müzakirə etməlidir.

“Düşünürəm ki, bu, həm də Rusiyaya göndərdiyimiz siqnaldır, yəni biz fərqli şeyləri istisna etmirik. Çünki bütün ölkələr anlayıb ki, biz bu müharibədə Ukraynanın qalib gəlməsi və Rusiyanın uduzması üçün hər şeyi etməliyik”, – o vurğulayıb.

Ukrayna müharibəsi ilə bağlı Kallas həmçinin Almaniyanın Kiyevə maliyyə və hərbi dəstəyinin tənqid edilməsinin ədalətsiz olduğunu deyib. O, eyni zamanda qeyd edib ki, Almaniyanın Ukraynaya hərbi və maliyyə dəstəyi ilə bağlı rəqəmlər göstərir ki, Berlin bu istiqamətdə böyük işlər görüb.

Bundan başqa, o, Almaniyanın sabiq kansleri Angela Merkelin irsini müdafiə edib: “O, hələ də böyük liderdir. Mən onun siyasəti ilə tam razı deyiləm, ancaq bu, onun böyük lider olmadığı mənasına gəlmir”, – Kaya Kallas vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir