“NATO müttəfiqləri Ukraynanın Alyansa daxil olmasının sadələşdiriliməsində iştirak etmək istəyir, ancaq bu, yalnız müharibə bitdikdən sonra mümkündür”.
Azinformasiya.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Vilnüsdə keçirilən sammitində iştirak edən Estoniyanın Baş naziri Kaya Kallas söyləyib.
“İndi bunlar Ukraynanın müxtəlif ölkələrlə bağladığı ikitərəfli müqavilələr formasındadır. Biz Ukraynaya özünü müdafiə etmək üçün hərbi yardım edirik. Kağız üzərində bu müqavilələrə malik olan Ukrayna əmindir ki, istənilən ölkədə hakimiyyət dəyişikliyi olarsa bu, həmin ölkənin öhdəliklərinə təsir etməyəcək. Bu, çox vacibdir”.
“Rusiya ilə demokratik ölkələr arasındakı fərq məhz bizim öz sözümüzə sadiq qalmağımızdadır”, -Kallas vurğulayıb.
Baş nazir xanım Kallas bildirib ki, NATO sammitinin ilk günündə qəbul edilən qərarlar çox vacibdir. “Bütün müttəfiqlər prosesdə iştirak etmək və Ukraynanın NATO-ya daxil olmasına töhfə vermək istəyirlər. Ona görə də hər şey çox dəqiq və ətraflı qeydə alınıb”, – Estoniyanın Baş naziri diqqətə çatdırıb.
Kallasın sözlərinə əsasən, müharibə davam edərkən heç kim Ukraynanın NATO-ya üzv olmasını tələb etmir: “Onlar heç vaxt xahiş etməyiblər, hətta Ukrayna da. Hər kəs başa düşür ki, müharibə davam edərkən onlar qoşula bilməzlər”.
Estoniyanın Baş naziri qeyd edib ki, NATO artıq Ukraynanın üzvlük prosesi ilə bağlı razılığa gəlib və xarici işlər nazirləri hər il Kiyevin üzvlüyü istiqamətində irəliləyişini qiymətləndirəcəklər.
“NATO-da Ukrayna prosesinə başlamağımız çox vacibdir. Mən inanıram ki, Ukraynanın yeri NATO-dadır. Onun Alyansa daxil olması Avropada münaqişə mənbəyinə çevrilən boz ərazilərin olduğu dövrü sonlandıracaq”, – Kallas vurğulayıb.
Estoniya hökumət rəhbəri qeyd edib ki, NATO ölkələri Ukraynanı sadəcə olaraq NATO-ya sürükləyə bilməz, buna səbəb olacaq konkret addımlar atılmalıdır və müttəfiqlər bu addımlar haqqında razılaşıb. “Biz bütün şərtləri yerinə yetirməliyik və fürsət yaranan kimi – bu, çox qısa zamanda ola bilər, Ukrayna rusları Rusiyaya geri çəkdikdə, onların qoşulmaq imkanı olacaq. NATO bunu çox tez etməli olacaq. Bu, Rusiyanı növbəti təcavüzdən saxlayan yeganə təminatdır”, – deyə Estoniya Baş naziri diqqətə çatdırıb.
Azinformasiya.az