Hazırda Misir tərəfinin prioriteti Qəzza zolağında atəşkəs və anklavın mülki əhalisinin qorunmasıdır.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi amerikalı konqresmenlərlə görüşü zamanı deyib.
Prezident müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə problemin ədalətli və hərtərəfli həlli istiqamətində ciddi çalışmağın zəruriliyini vurğulayıb.
Əbdülfəttah əs-Sisi bildirib ki, Misir fələstinlilərin öz ərazilərindən məcburi köçürülməsi yolu ilə Fələstin problemini aradan qaldırmaq cəhdlərini qəti şəkildə inkar edir.
Bundan əlavə, o vurğulayıb ki, Misirin hazırkı prioriteti atəşkəsə müvəffəq olmaq, mülki əhalini qorumaq və onlara humanitar yardım çatdırmaqdır: “Qəzzanın yaşadığı humanitar fəlakətin öhdəsindən gəlmək üçün kifayət qədər miqdarda yardımın çatdırılması vacibdir”.
Azinformasiya.az