Xəbər verdiyimiz kimi, Rusiya mMüdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.
Azinformasiya.Az xəbər verir ki, telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.