Ermənistanın müdafiə naziri Pentaqonun rəhbəri ilə görüşüb

Dekabrın 5-də Ermənistanın müdafiə naziri Suren Papikyan Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşüb.

 

Azinformasiya.az  Ermənistan KİV-ə istinadən xəbər verir ki, Pentaqonda keçirilən görüşdə Ermənistan Silahlı Qüvvələrində islahatlar, Ermənistan-Amerika müdafiə əməkdaşlığının prioritetləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Lloyd Ostin ABŞ-nin Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəyini, eləcə də islahatları təşviq etməyə hazır olduğunu vurğulayıb.

Tərəflər regionda uzunmüddətli sülhə nail olmaq istəklərini bir daha təsdiqləyiblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir