Ermənistanın müdafiə naziri Suren Papikyan Çində səfərdədir.
Azinformasiya.az Ermənistan mediasına istinadən xəbər verir ki, Suren Papikyan çinli həmkarı Dong Jun ilə görüşüb.
Görüş zamanı son illər Ermənistanla Çinin müdafiə sahəsində əməkdaşlığı genişləndirdiyi bildirilib.
Müzakirələrdə nazirlər hər iki ölkə arasında xüsusilə hərbi sahədə tərəfdaşlığın, habelə ikitərəfli görüşlərin əhəmiyyətinə toxunublar.
Müdafiə nazirləri regional və beynəlxalq təhlükəsizliyi də müzakirə edib.
Azinformasiya.az