Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana qarşı ittiham irəli sürülüb.
Azinformasiya.Az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Artak Davtyan ölkənin keçmiş müdafiə naziri David Tonoyan kimi yararsız aviasiya raketlərinin alınmasında ittiham olunur. Bununla belə, Davtyan barədə həbs qətimkan tədbiri hələ seçilməyib.
Qəzet yazır ki, ittiham Azərbaycan tərəfindən Qafan kəndi yaxınlığındakı yollarda gömrük məntəqələrinin quraşdırılması ilə paralel olaraq irəli sürülüb.