“Mənim mövqeyimdə dəyişiklik yoxdur, işdən azad edilməyimlə bağlı proses Konstitusiyaya ziddir”.
Azinformasiya.Az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilən rəisi general-polkovnik Onik Qasparyan bildirib.
“Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi indiki böhran vəziyyətdən çıxmağın yeganə yoludur”, – o deyib.
O.Qasparyan Konstitusiyanın reallaşması və tələblərinin təmin olunması məqsədi ilə Ermənistanın İnzibati Məhkəməyə müraciət edib.
“Mən vətənimə və erməni xalqına başqa statusda xidməti davam etdirirəm. Hörmətli generallar, zabitlər, əsgərlər Silahlı Qüvvələrini başlıca vəzifəsi vətənin təhlükəsizliyini təmin etməkdir. Ona görə də hamınızı istinasız olaraq Ermənistanın və Qarabağın güclənməsi, Silahlı Qüvvələrin inkişafı naminə xidməti davam etdirməyə çağırıram”, – general-polkovnik vurğulayıb.
O, yeni vəzifəsi barədə məlumat verməyib.