Zəngəzur bölgəsindən keçən Gorus- Qafan yolunun açılması ilə bağlı üçtərəfli danışıqlar davam edir.
Azinformasiya.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
Məlumata əsasən, danışıqlar Azərbaycan tərəfi ilə MTX-nin hərbçiləri və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd bölmələrinin iştirakı ilə keçirilir.
Bildirilir ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti qarşı tərəfə azərbaycanlı sərhədçilərdən birinə edilən hücumla bağlı məlumat verib.