Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb

Ermənistanda hərbçilər yol qəzasına düşüb.

 

Azinformasiya.az  Shamshyan.com saytına istinadən xəbər verir ki, yol qəzası günorta saatlarında Marqara-Vanadzor şossesində, Armavir vilayətinin Djrarat kəndi yaxınlığında baş verib.

“Nissan” və “QAZ-24” avtomobillərinin toqquşması nəticəsində bir erməni hərbçisi ölüb, daha üç hərbçi və bir neçə mülki şəxs yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi açılıb.

Müdafiə Nazirliyi məlumatı şərh etmir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir