Ermənistanda üç hərbi qulluqçunu öldürən erməni əsgər saxlanılıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Həmin hərbçinin öldürülən əsgərlərlə eyni hərbi hissədə xidmət etdiyi bildirilib.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, avqustun 19-u təqribən 02:15 radələrində cəsədləri aşkar olunan hərbçilər Murad Muradyan, Levon Harutyunyan və Qora Saakyanın üzərində odlu silahdan atəş izləri aşkarlanıb. Bildirilir ki, onların hər üçü 2002-ci il təvəllüdlüdür.
Onu da əlavə edək ki, Murad Muradyan Vətən müharibəsi zamanı Azərbaycan ordusuna qarşı döyüşüb.
Fotoda Murad Muradyan