Ötən gecə Ermənistanın Eçməzdin vilayətindəki maye qaz doldurma məntəqəsində atışma olub.
Azinformasiya.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, nəticədə bir nəfər aldığı güllə yaralarından ölüb.
Ölənin 36 yaşlı Armavir sakini Artur Paronyan olduğu açıqlanıb.
Həmçinin məlum olub ki, hadisənin baş verdiyi obyekt Eçməzdinin meri Diana Qasparyanın ərinə məxsusdur.
Azinformasiya.az