Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrin birində üç hərbi qulluqçunun cəsədi aşkar olunub.
Azinformasiya.Az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Məlumata əsasən, avqustun 19-u təqribən 02:15 radələrində cəsədləri aşkar olunan hərbçilər Murad Muradyan, Levon Harutyunyan və Qora Saakyanın üzərində odlu silahdan atəş izləri aşkarlanıb. Bildirilir ki, onların hər üçü 2002-ci il təvəllüdlüdür.
Hazırda faktla bağlı araşdırma aparılır.