Ermənistanda hərbçilər arasında atışma baş verib, ölən var

Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölümlə nəticələnən hadisə olub.

 

Azinformasiya.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqində baş verib.

Əlverişsiz hava şəraitində səhvən erməni hərbçilər bir-biri ilə atışmaya girib. Nəticədə, hərbi qulluqçu Qraçya Saruxanyan ölüb, daha 1 hərbi qulluqçu isə yaralanıb.

Sözügedən insidentin səbəbləri araşdırılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir