Ermənistanın baş naziri Nikol Paşinyan və hökumətinə qarşı ötən gündən etibarən başlanan etiraz aksiyaları bu gün də davam edəcək.
Azinformasiya.Az xəbər verir ki, bu gün saat 17:00-dan etibarən “Matenadaran” binasının yaxınlığında mitinq keçiriləcək.
“Daşnaksütyun” partiyasının üzvü Artsvik Minasyan Paşinyanın istefasını tələb edən qüvvələrin mətbuat konfransında bildirib ki, artıq onun ən sadə səbəbdən ölkəni idarə etmək hüququ yoxdur.
“Danışıqlar masasında vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirə biləcək, dönüş nöqtəsinə çata biləcək bir adamın lazım olduğuna əminik”, – o deyib.
Minasyan qeyd edib ki, söhbət hakimiyyət uğrunda mübarizədən deyil, Ermənistanın və “artsax”ın qurtuluşundan, milli onurğa sütununun bərpasından gedir.
“Bu gün hüquq-mühafizə orqanları liderlərimizi qaçırmağa və ya həbsdə saxlamağa çalışırlar, lakin bu bizi parçalamayacaq, daha böyük hərəkətlər göstərməyimizə təşviq edəcək”, – müxalifətçi bildirib.