Ermənistanda 15 avtomobil toqquşub, xəsarət alanlar var

İrəvan-Gümrü yolunda 15 nəqliyyat vasitəsi toqquşub.

 

Azinformasiya.az “Armenpress”ə istinadən xəbər verir ki, hadisə İrəvan-Gümrü avtomobil yolunun 51-55-ci kilometrlik hissəsində baş verib.

Xilasedicilər hadisə yerinə çatana qədər iki nəfər xəstəxanaya aparılıb, onların sağlamlıq vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Həmçinin xilasedicilər xüsusi avadanlıqlardan istifadə edərək iki nəfəri “Ford” avtomobilindən çıxararaq təcili tibbi yardım briqadasına təhvil verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir