Rusiyanın Pyatiqorsk şəhərindən İrəvana 25 ton “humanitar yardım” çatdırılıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə ölkənin Diasporla İş üzrə Müvəkkilin ofisi məlumat yayıb.
Yardımı Rusiyada yaşayan erməni icmasının təşkil etdiyi iddia olunub.
Qeyd edək ki, bundan əvvəl Rusiyadan Ermənistana humanitar yardım adı altında 50 ton silah çatdırıldığı məlumdur.