Ermənistan və Yunanıstan hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb

Ermənistan və Yunanıstan arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Yunanıstan müdafiə naziri Nikos Dendias “X” platformasında yazıb.

Nazir bildirib ki, erməni həmkarı Suren Papikyanla görüş zamanı tərəflər sazişi imzalayıb.

Dendias, həmçinin qeyd edib ki, hərbi-texniki sahədə əməkdaşlıq Yunanıstan hökuməti üçün prioritet olan bir sektordur.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Kiprdən sonra Yunanıstana rəsmi səfərə gedib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir