Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan Fransa müdafiə naziri Sebastyan Lekornu ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan MN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Sebastyan Lekornu dünən İrəvana səfərə gedib və bu, Fransa müdafiə nazirinin Ermənistana tarixdə ilk səfəridir.
Bundan əvvəl Fransa müdafiə naziri çıxışı zamanı bildirib ki, Ermənistana öz müdafiə potensialını qurmaqda kömək etməkdə Fransa məsuliyyət daşıyır.
Azinformasiya.az