Ermənistan Prezidenti: Azərbaycanla saziş layihəsinin qalan 3 maddəsinin 1 ay ərzində razılaşdırılacağına ümid edirik

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasına qədər Azərbaycanla sülh razılaşmasını imzalamağa ümid edirik.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaahn Xaçaturyan “Reuters“ agentliyinə müsahibəsində deyib.

O bildirib ki, hazırda müqavilənin 3 müddəası müzakirə mərhələsindədir. Prezident Ermənistanın Azərbaycanla saziş layihəsinin qalan 3 maddəsinin 1 ay ərzində razılaşdırılacağına ümid etdiyini bildirib.

Xaçaturyan Türkiyə ilə sərhədlərin üçüncü ölkələrin vətəndaşları üçün açılması üzrə danışıqların “yaxşı getdiyini” açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir