Ermənistan Prezidenti: Ankara ilə dialoqu yenidən bərpa etdiyimizə şadam

“Ankara ilə yenidən dialoqu bərpa etdiyimizə şadam”.

 

Azinformasiya.az xəbər verir ki, bunu İtaliyada işgüzar səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində bildirib.

“Bu qədər ildən sonra Ankara ilə dialoqu bərpa etdiyimizə şadam. Biz gələcəyə baxmalı və övladlarımız üçün necə bir region qoyub getmək istədiyimizi görməliyik. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə can atmalıyıq”, – Xaçaturyan diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir