Ermənistan parlamentinin sədri Rusiyaya gedib

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya rəsmi səfər edib.

Azinformasiya.Az xəbər verir ki, bu barədə məlumatı “Aysor.am” yayıb.

Məlumata əsasən, Simonyan səfəri çərçivəsində Rusiyanın Dövlət Dumasının sədri Vyaçeslav Volodin, xarici işlər naziri Sergey Lavrov, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir