Ermənistan parlamentində sərhədlə bağlı növbədənkənar iclas keçiriləcək

Ermənistan parlamentində Azərbaycanla sərhədin demarkasiya və delimitasiyası ilə bağlı növbədənkənar iclas keçiriləcək.

Azinformasiya.Az “News.am”a istinadən xəbər verir ki, iclas dekabrın 15-i 12:00-da keçiriləcək.

Növbədənkənar iclas müxalif “Ermənistan” fraksiyasının təşəbbüsü əsasında baş tutacaq. İclasın gündəliyində isə yalnız bir məsələ – Azərbaycanla sərhədin demarkasiya və delimitasiyası var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir